Skip to main content
Biznes
Platforma
Həllər
Restoran və kafeMasa və açıq çek · KDS və prep stationHotel və qonaqpərvərlikPMS və rezervasiya · Folio və room chargeMarket və supermarketBarkod və çəki · Batch və son istifadəRetail və mağazaVariant və SKU · Filial availability
Qiymətlər
Resurslar
DocsQuraşdırma və əməliyyat bələdçiləriYükləmələrDesktop və mobil platformalarHaqqımızdaPrinsiplər və platforma yanaşmasıƏlaqəSatış və texniki suallar
GirişDemo istə
Ana səhifəPlatformaRestoran və kafeHotel və qonaqpərvərlikMarket və supermarketRetail və mağazaQiymətlərDocsYükləmələrHaqqımızdaBlogƏlaqəGirişDemo istə
Bütün bələdçilər
PlatformaYe10 haqqındaSistem arxitekturasıİşə başlama (quraşdırma)Komanda, rollar və icazələr
ƏməliyyatPOS, checkout və növbəMenyu, məhsul və stok authorityEndirim, promo və loyallıqGeri qaytarma, gün sonu və fiskal
Cihazlar & EkranlarKDS, Expo, CFD və menyu lövhəsiSelf-order kioskCihaz pairing və səth kilidiEkran kilidi və işçi PIN-iCihaz idarəetməsi və fiskal yönləndirməMətbəx stansiyaları və məhsul yönləndirməsi
Biznes vertikallarıRestoran: zal, masa və KDSRetail və MarketHotel PMS və Front Desk
Müştəri kanallarıOnline sifariş və QR dine-inOtaq rezervasiyası (web)Marketplace, hesab və loyallıq
Platforma & İnteqrasiyaİnteqrasiyalar və public kanallarURL strukturu və SEOFirebase və deploymentAPI referansıModul idarəetməsi və abunə
DocsCihazlar & EkranlarMətbəx stansiyaları və məhsul yönləndirməsi
Cihazlar & Ekranlar · Bölmə 14

Mətbəx stansiyaları və məhsul yönləndirməsi

Hansı məhsulun hansı mətbəxə, ekrana və printerə getdiyini təyin edən stansiya sistemi.

Mətbəx stansiyası (prep station) sifarişin hansı hazırlıq nöqtəsində — qril, soyuq sex, bar, pizza sobası, ya da sadəcə kassa-printeri — hazırlanacağını müəyyən edir. Hər məhsul bir və ya bir neçə stansiyaya bağlanır; sifariş fire (göndər) edildikdə həmin stansiyaların KDS ekranına ticket düşür və/və ya mətbəx çeki (KOT) çap olunur.

Bu sistem restoran və hotel vertical-ları üçündür. Market və retail-də mətbəx olmadığından stansiya bölməsi gizlədilir — orada məhsul birbaşa kassa və printerə gedir.

Stansiyanı haradan qurursan

  • Admin panel: Restoran → Əməliyyatlar → Hazırlıq stansiyaları — stansiya yarat, ona məhsul/kateqoriya seç, KDS ekranını və printeri təyin et
  • POS app: İdarəetmə → Stansiyalar — eyni imkanlar, dəyişikliyi mətbəxin yanında etmək üçün
  • Hər iki tərəf eyni dataya yazır — birində etdiyin dəyişiklik dərhal o birində görünür

Məhsulu stansiyaya necə bağlayırsan

Stansiya özü hansı məhsulları "sahiblədiyini" saxlayır — ona ya bütöv kateqoriya (məs. bütün "İçkilər"), ya da ayrı-ayrı məhsullar əlavə edirsən. Sistem hansı stansiyaya yönləndirəcəyini bu ardıcıllıqla qərarlaşdırır:

  1. 01
    1. Tək məhsul ilə

    Stansiyaya konkret məhsulları əlavə et — bu, kateqoriya qaydasını üstələyir (ən dəqiq təyinat).

  2. 02
    2. Kateqoriya ilə

    Bütöv kateqoriyanı stansiyaya ver — həmin kateqoriyaya sonradan əlavə olunan yeni məhsul avtomatik bu stansiyaya düşür.

  3. 03
    3. Catch-all (tutucu)

    Heç bir kateqoriya/məhsul seçməsən, stansiya "tutucu" olur və başqa heç bir stansiyaya bağlanmamış bütün məhsulları qəbul edir.

Heç bir stansiya qurulmayıbsa, bütün sifariş tək bir "Mətbəx" ekranına/printerinə düşür — yəni ən kiçik biznes (tək mətbəx, hətta yalnız bir printer) heç nə qurmadan da problemsiz işləyir.

Bir məhsul bir neçə stansiyada (fan-out)

Bir məhsulu iki (və ya daha çox) stansiyaya təyin etsən, sifariş hər birinə tam gedər (fan-out) — məsələn "çizburger" həm qril stansiyasına, həm də zəmanət/pass (expo) stansiyasına. Hər stansiya öz ekranına/printerinə ayrıca ticket alır.

Stansiya redaktorunda belə məhsul/kateqoriyanın yanında çoxlu-stansiya nişanı (⑂) və neçə stansiyaya getdiyi göstərilir — beləliklə eyni məhsulun bir neçə yerə düşməsi təsadüfən deyil, bilərək olur.

Stansiya → ekran və printer

  • KDS ekranı: hər KDS cihazı hansı stansiyaları göstərəcəyini seçir (routeStationIds). Boş buraxılsa — cihaz bütün stansiyaları göstərir.
  • Printer (KOT / mətbəx çeki): stansiyaya bir printer cihazı təyin edilə bilər. Ekranı olmayan, yalnız printeri olan mətbəx də tam işləyir — ticket kağız kimi çıxır.
  • Stansiya iki məhsulu paylaşan iki stansiyadadırsa, hər biri öz ekranına/printerinə müstəqil yönləndirilir.

Mətbəx çeki (KOT) nə vaxt çıxır

Mətbəx çeki sifariş fire ediləndə çap olunur — masada "Göndər" düyməsi, QSR-də checkout, otaq/online sifarişdə təsdiq anında — ödəniş anında yox. Bir dəfə göndərilmiş sətir təkrar çap olunmadığından, ödəniş zamanı eyni yeməyi ikinci dəfə mətbəxə salmırsan. Yalnız printeri olan (ekransız) dine-in mətbəx də fire anında kağızını alır.

Hazır addımı (ready step)

Hər stansiya üçün ayrıca "Hazır" addımını aktiv etmək olar — bu, ticket-ə "Hazırlanır → Hazır → Servis edildi" kimi əlavə status mərhələsi verir. Bu seçim yalnız stansiya redaktorundan dəyişdirilir; cihaz pairing ekranında isə yalnız oxunan formada göstərilir (qarışıqlıq və ikiqat-yazma olmasın deyə).

Aktiv stansiyaların var, amma catch-all yoxdursa və bəzi məhsullar heç bir stansiyaya bağlı deyilsə — admin panel xəbərdarlıq göstərir və həmin məhsulları sadalayır. Bu məhsullar fire ediləndə heç bir mətbəxə getməz; ya onları bir stansiyaya bağla, ya da təhlükəsizlik üçün bir catch-all stansiya yarat.

Əvvəlki← Cihaz idarəetməsi və fiskal yönləndirməNövbətiRestoran: zal, masa və KDS →
Bu səhifədə
Stansiyanı haradan qurursanMəhsulu stansiyaya necə bağlayırsanBir məhsul bir neçə stansiyada (fan-out)Stansiya → ekran və printerMətbəx çeki (KOT) nə vaxt çıxırHazır addımı (ready step)
Sualın var?
Bir sistem. Bütün əməliyyatlar.

Biznesinin növbəti mərhələsini birlikdə quraq.

Demo istəDocs-a bax
Bir ye, on ver.

Satış, əməliyyat, komanda və müştəri kanallarını bir məlumat mənbəyində birləşdirən multi-vertical platforma.

[email protected]
PlatformaBütün modullarYeni biznes açQiymətlərYükləmələrDocs
HəllərRestoran və kafeHotel və PMSMarket və supermarketRetail və mağaza
GirişAdmin paneliPOS terminalBütün girişlər
ŞirkətHaqqımızdaƏlaqəBlogMəxfilikİstifadə şərtləriİstifadəçi razılaşmasıGeri qaytarma
© 2026 Ye10. Bütün hüquqlar qorunur.
Bakıdan qurulan, hər filial üçün işləyən sistem.